
Uzun zamandan bəri
sizlərə şərəflə xidmət edən LMG
Electronics Co. LTD təqdim edilən malların keyfiyyətində və servislərin
mükəmməlliyində inqilab etməyə davam edir. Siz bizdən hər hansı bir əmtəəni
almaqla, bu elit cəmiyyətin dəyərli üzvünə çevrilir, həm istehlakçı
hüquqları haqqında qanunun bütün maddələrindən, həm də işgüzar etikanın
nəzərdə tutduğu ən ümdə müddəalardan həzz almaq şansına malik olursunuz. Biz
sizi sadəcə alış-veriş etməyə deyil, mövcud tələbərinizi ödəmək üçün
nümunəvi bir mühitdə, ağlasığmaz şərtlər altında, ənənəvi keyfiyyət və real
qiymətlərin vəhdətinə söykənən bir sövdələşməyə dəvət edirik.
Əgər siz LMG Electronics Co. LTD-dən aldığınız əmtəəyə Zəmanət Kartı
almışsınza, bu o deməkdir ki, siz heç bir tərəddüdsuz və əndişəsiz bu
əmtəədən öz tələbatınızı ödəmək üçün istifadə edə bilərsiniz. Çünki, bu
sənəd aldığınız digər Zəmanət Kartlarından fərqli olaraq,
Siz-istehlakçının hüquqlarının qorunmasına xidmət edən maddi dəlildir.
Sizdən tələb olunan yalnız əmtəəni texniki tələbərinə uyğun şəkildə istifadə
etməkdir, bunun müqabilində isə Siz nəzərdə tutulan müddət ərzində aldığınız
malın fabrik deffektləri və digər xətalarına qarşı sığortalanmış olursunuz.
Belə ki bizim zəmanət, əmtəənin istehlakçının yalnış istifadəsi üzündən baş
verməyən hər hansı bir ehtiyyat hissəsinin zədələnməsi, sıradan çıxması,
funksiyasını itirməsi hallarınında onun qeyri-şərtsiz və təmmənasız təmiri
və dəyişdirilməsini təmin edir. Əgər problemin həlli malın əmtəə imicinə
zərbə vurursa, yaxud problem aradan qaldırılması mümkün olmayacaq qədər
dərindirsə, əmtəə yenisi ilə əvəz olunur. Beləliklə, LMG Electronics Co.
LTD-dən aldığınız Zəmanət Kartı əslində, firmanın öz mallarının keyfiyyətinə
olan yüksək inamının və Siz-istehlakçılara dərin ehtiramının parlaq
təzahürüdür.
Sertifikatlar
Kataloqlar
Partnyorlarımız
Telefonlar
AUX və
GREE kondisionerlərinin rəsmi dileri
LMG Electronics Co. LTD-nin rəsmi internet
saytı
LMG haqqında
Məhsullar

TEZLİKLƏ...

TEZLİKLƏ...
LMG
Electronics Co. LTD. All Rights Reserved. 2008